Modern.az

Yadigar Sadıqovun cəzası azaldıldı

Yadigar Sadıqovun cəzası azaldıldı

13 Yanvar 2015, 12:19

Yanvarın 13-də Ali Məhkəmə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayətinə baxılıb. Ali Məhkəməyə şikayətdə iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbi qoyulub.

Vəkil Osman Kazımov Modern.az saytına açıqlamasında bildirib ki, hakim Fərhad Kərimovun sədirliyi ilə keçirilən prosesdə Yadigar Sadıqov iştirak etməyib: “Məhkəmə Yadigar Sadıqovun təqsirli bilindiyi cinayət məcəlləsinin 221.3-cü maddəsini cinayət məcəlləsinin 221.1-ci maddəsinə tövsif etdi. Beləliklə, Yadigar Sadıqovun cəzasından 6 ay çıxıldı, 3 il 6 ay cəza saxlandı”.

Vəkil məhkəmənin qərarını ədalətsiz hesab etdiyini vurğulayıb: “Çünki Yadigar Sadıqov cinayət törətməyib, uydurma ittihamla məhkum olunub. Onun həbsi siyasi motivlidir”.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.

Yadigar Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Yeganə Oqtayqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu