Modern.az

Moskvada terror törədən çeçenlərdən biri həbsxanada ölüb

Moskvada terror törədən çeçenlərdən biri həbsxanada ölüb

13 Yanvar 2015, 14:29


2002-ci ildə Moskvada, “Dubrov” teatr mərkəzində “Nord-Ost” musiqi proqramının nümayişi zamanı 912 nəfəri girov götürən, onlardan 130 nəfərinin ölümünə səbəb olan terrorçulardan biri Ahad Mejiyev həbsxanada ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, çeçen terrorçu ötən bazar günü Kirov vilayətindəki həbsxanalardan birində dünyasını dəyişib. Onun həbsxanada vərəm xəstəliyinə yoluxduğu, sonradan xəstəliyin ağır formasına keçdiyi bildirilir.

İstintaq məlumatına görə, Ahad Mejiyev “Dubrov” teatr mərkəzinin ələ keçirilməsində yaraqlılara kömək edib, 2002-ci ildə “Makdonalds” restoranının partladılmasında partlayıcı maddə ilə yardımçı olub. Ahad 2004-cü ildə 18 il azadlıqdan məhrum edilib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu