Ukrayna Ali Radasının deputatlarının qismən səfərbərlik siyahılarına düşə bilərlər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təkliflə baş nazir Arseni Yatsenyukun “Xalq cəbhəsi” fraksiyası çıxış edib.
Ali radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin sədri Sergey Paşinski bəyan edib ki, xalq deputatları səfərbərlikdə “bron” əldə etməməli, əlində silah xalqı ilə birlikdə öz torpağını müdafiə etməlidir. Onun sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko bu həftə səfərbərlik və Milli Qvardiya ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.
Ötən il dekabrın axırlarpında Paşinski çağırış yaşının 25-dən 27-yə qaldırılmasını təklif edib. Yeni qanun layihəsində əsgərlərin xidmət müddətinin 12 aydan 18-ə qədər qaldırılması və müqavilə ilə xidmətə yararlı vətəndaşların qrupunun genişləndirilməsi nəzərdə tutulur.
Yanvarın 20-də Ukraynada səfərbərliyin 4-cü dalğası start götürəcək və üç mərhələdən ibarət olacaq. Üç ay davam edəcək birinci mərhələdə 50 min nəfərin orduya çağırılması nəzərdə tutulur. Aprel və iyun aylarında gözlənilən daha iki mərhələdəki səfərbərlik müddəti hər biri üçün 60 gün davam edəcək
Modern.az