Azərbaycan prezidenti İlham Əliyev yanvar ayının 15-də Türkiyəyə gedəcək. Modern.az-ın verdiyi xəbərə görə bu barədə Türkiyə prezidentinin rəsmi saytında yayımlanan məlumatda bildirilib.
Açıqlamada qeyd edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşacaq səfərin əsas məqsədi Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV toplantısında iştirak etməkdir.
Keçiriləcək görüşlərdə iki dövlət arasındakı əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq aləmdə baş verən proseslər haqqında fikir mübadiləsi aparılacaq.
Modern.az