Modern.az

Prezidentin portretləri bahalaşdı

 Prezidentin portretləri bahalaşdı

13 Yanvar 2015, 17:48


Türkmənistanda prezident Qurbanqulu Berdıməhəmmədovun portretləri 2 dəfə bahalaşıb. Modern.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, 1 il əvvəl prezidentin çərçivədəki şəklini 16 türkmən manatına əldə etmək mümkün idisə, hazırda bu qiymət 33 türkmən manatı (təxminən 10 dollar) təşkil edir.

Türkmənistan mətbuatının məlumatına görə, növbəti ildən bütün məktəb direktorları müəllimlərdən prezidentin portretini siniflərdə, kabinetlərdə və dəhlizlərdə asmağı tapşırıb.

Türkmənistanda bundan əvvəlki prezident Saparmurad Niyazovun vaxtında şəxsiyyətə pərəstiş tendensiyası formalaşıb. Niyazovun ölümündən sonra yeni prezident rəsmi ideologiyanı öz xeyrinə dəyişib. Onun əsərləri məkrtəb dərsliklərinə salınıb, özünün və atası Malikqulu Berdıməhəmmədovun adına yeni heykəllər ucaldılıb. Prezidenti “Arxadağ” (hami, himayədar), onun hakimiyyət illərini isə “şöhrət və xoşbəxtlik erası” adlandırmağa başlayıblar.

Modern.az        

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu