Modern.az

Seymur Həzinin məhkəməsində şahidlər dindirilib

Seymur Həzinin məhkəməsində şahidlər dindirilib

13 Yanvar 2015, 18:10

Yanvarın 13-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses təxirə salınıb. Modern.az saytına məlumat verən vəkil Adil İsmayılov deyib ki, prosesdə şahidlər dindirilib: “Şahidlər ifadələrində heç nə görmədiklərini bildirdilər. Ötən məhkəmə prosesində əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırdıq. Vəsatət təmin edildi. Növbəti məhkəməyə başqa şahidlər dəvət ediləcək. Proses yanvarın 22-də davam edəcək”.

Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir.

Hakimiyyət təmsilçiləri bu iddianı rədd edir, onun həbsinin siyasi və jurnalist fəaliyyətinə aidiyyəti olmadığını vurğulayır. Seymur Həzi “Azadlıq” qəzetinin, xaricdən peyk vasitəsilə yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin fəal üzvlərindən biridir. 

Yeganə Oqtayqızı

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu