Modern.az

22 qadın öldürən milisə hökm oxundu

22 qadın öldürən milisə hökm oxundu

14 Yanvar 2015, 10:11


Rusiyada çoxsaylı təcavüz və qətldə təqsirkar bilinən milis əməkdaşı ömürlük azadlıqdan məhrum olunub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İrkutsk vilayət məhkəməsi bu ən ağır cəzanı keçmiş milis əməkdaşı Mixail Popkov barəsində çıxarıb. İstintaqda sübut olunub ki, milis əməkdaşı 1994-2000-ci illərdə Anqarsk şəhərində 22 qadını öldürüb. Proses qapalı keçirilib və məhkəmə çoxsaylı qətllər törədənin şəxsiyyətini araşdırıb.

Məlum olub ki, 1994-2000-ci illərdə Anqarskda qadınlar yoxa çıxıblar. Onların təcavüz olunmuş və zorakılıqla öldürülmüş meyitləri Anqarsk və İrkutsk vilayətinin iki rayonunun ərazisində aşkarlanıb. Cinayətkar saxlanılan zaman milis əməkdaşı olub, Anqarsk Mərkəzi rayonunda Daxili işlər İdarəsinin operativ növbətçisi işləyib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu