Modern.az

İrəvanı tərk edən sonuncu azərbaycanlı: “Ermənistan Mərkəzi Komitəsində işləyərkən Azərbaycana məlumat verdim, mənə güldülər” – ANONS

İrəvanı tərk edən sonuncu azərbaycanlı: “Ermənistan Mərkəzi Komitəsində işləyərkən Azərbaycana məlumat verdim, mənə güldülər” – ANONS

14 Yanvar 2015, 10:21

Əslən Ağababa-Şörəyel mahalının Qaraçanta kəndindən (Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndi, hazırkı adı isə Areqnadem-red)  olan və uzun illər Ermənistanda Mərkəzi Komitədə işləmiş Məhəddin Aydınov Modern.az saytına müsahibə verib. Onunla müsahibədən bir neçə maraqlı məqamları təqdim edirik:

"Vəzirov Azərbaycanda rəhbər təyin olunanda Ermənistanda bayram edirdilər”

“Ermənistanın planlarını Azərbaycanın vəzifəlilərinə deyəndə mənə gülürdülər”

“Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyətinin görüşündə ermənilərin təhqirinə cavab verməyən vəzifə sahiblərinin əvəzinə mən ermənilərə etiraz etdim və İrəvana qayıdanda bunun bədəlini ödəməli oldum”

“Ermənilər öz aralarında pis erməniyə “daşnak” deyirdilər”

“Karen Dəmirçiyan Ermənistanın Azərbaycanla müqayisə edilməsini özlərinə təhqir bildi və Statistika Komitəsinin sədrini danladı”  

“Ermənilər türklərdən çox qorxurlar”

“Sovet vaxtında qondarma erməni soyqırımına qoyulmuş abidəni hamıya ziyarət etdirirdilər”

“Balayanla çox görüşmüşəm və onun sonuncu çıxışında Xocalıdan danışmasından hiss olunurdu ki, Xocalıdan çox qorxurlar”... 

Müsahibədə bu günə qədər açılmayan xeyli qaranlıq məqamlara toxunulub. Bizi gözləyin...


Aqşin KƏRİMOV  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu