Modern.az

671 Azərbaycan vətəndaşı QİÇS-dən ÖLÜB

671 Azərbaycan vətəndaşı QİÇS-dən ÖLÜB

14 Yanvar 2015, 14:36

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda 2014-cü ilə olan HİV-li xəstələrin statsitikasını açıqlayıb:

“Hazırda Azərbaycanda rəsmi olaraq 4902 nəfər HİV virusuna yoluxan xəstə var. Onlardan 4735 nəfəri Azərbaycan, 167 nəfəri isə xarici vətəndaşdır”.

Bu barədə Modern.az-a Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov məlumat verib.

Şöbə müdiri qeyd edib ki, HİV virusunun daşıyıcısı olan 4735 nəfər Azərbaycan vətəndaşından 3597 nəfəri kişi, 1138 nəfəri isə qadındır: “QİÇS mərhələsində olan insanların sayı 1519 nəfərdir. Onlardan 1495 nəfəri Azərbaycan vətəndaşıdır.

2014-cü ildə bu virusdan ölənlərin sayı 681 nəfərdir. Onlardan 671 nəfəri Azərbaycan vətəndaşıdır”.

Həkim 2014-cü il ərzində ilk dəfə 604 nəfərə bu diaqnozun qoyulduğunu bildirib. Bu virusa yoluxanların yaş aralığına gəldikdə isə həkim xəstələrin əsasən 30-39 yaş aralığında olduğunu qeyd edib:

“Yoluxmalar içərisində anadan yoluxma faktını nəzərə alsaq bu virusun ən gənci elə yenidoğulmuş uşaqdır. Ən yaşılya gəldikdə isə onların arasında 65 yaşından yuxarı olan insanlar da var. Ancaq bu o demək deyil ki, həmin şəxs məhz bu yaşında virusa yoluxub. Yəni ola bilər ki həmin şəxs daha erkən yaşlarında bu  virusa yoluxsun”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu