Sankt-Peterburq şəhərindəki “Əllər Yuxarı Bar” klubunda atəş açmaqda günahkar bilinən Azərbaycan vətəndaşları Elgiz Cəbiyev və Eldar Məmmədov barəsində məhkəmə hökmü çıxarılıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2013-cü il oktyabrın 20-də Cəbiyev və Məmmədov içəriyə buraxılmadıqları üçün klubun mühafizəçisi ilə münaqişəyə giriblər. Bundan sonra onlar 5 şəxsiyyəti müəyyən olunmamış şəxslə razılaşdıraraq tapança ilə yenidən kluba qayıdıblar. Bu zaman onlar ən azı 32 dəfə atəş açaraq hadisə yerindən uzaqlaşsalar da, sonradan yaxalanıblar. Hər iki azərbaycanlı barəsində “xuliqanlıq” ittihamı ilə cinayət işi qaldırılıb. Məhkəmənin hökmü ilə Cəbiyev 2 il ciddi rejimli həbsxanada cəza çəkəcək. Məmmədov isə 3 il azadlıqdan məhrum olunub.
Modern.az