“Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsinin yaradılması bizim üçün vacib məsələlərdən biri idi. Bu il magistratura pilləsinə 7 ixtisas üzrə qəbul aparılacaq.”
Modern.az xəbər verir ki, bunu AMEA-ın prezidenti akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildiirb.
O, qeyd edib ki, bu il ilk dəfə fevral ayında magistraturaya qəbul elan olunacaq.: “Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi Təhsil Nazirliyi ilə danışılıb. Bu, ilk addımdır və nəticəsini gözləməliyik. Magistraturanın təşkili bir neçə kriteriyaya cavab verməlidir. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil ediləcək”.
Magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir.
Akif Əlizadə bir sıra vacib məqamlara da toxunub. O, köhnə yataqxanaların əvəzinə yeni yaşayış binalarının tikintisi ilə yanaşı, alimlər üçün poliklinika da inşa ediləcəyini bildirib.
Onun fikrincə, son zamanlar AMEA-da kadr hazırlığında gənclərə böyük önəm verilib, yüksək ixtisaslı gənc alim və mütəxəssislər yetişdirilib.
Elmin NURİ