Modern.az

Ermənistanda rusiyalı hərbçilərə etiraz edənlər polislə toqquşdular - FOTOLAR

Ermənistanda rusiyalı hərbçilərə etiraz edənlər polislə toqquşdular - FOTOLAR

14 Yanvar 2015, 17:28
Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən, 1 nəfəri isə ağır yaralayan rus hərbçisi Valeri Permyakova görə böyük maşın karvanından ibarət aksiya keçirilib. Maşın karvanının iştirkakçıları Avetisyanlar ailəsinin üzvlərini öldürən rusiyalı hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb ediblər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Gümrü şəhər meriyasına yaxınlaşmaq istəyən aksiya iştirakçılarının qarşısı polislər tərəfindən zorla alınıb.  

Xaitrladaq ki, yanvarın 7-də Avetisyanlar ailəsini qətlə yetirən rusiyalı Valeri Permyakov Rusiyada mühakimə oulnacaq.







Modern.az
 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu