Hindistanın Qanq sayı qorxunc bir hadisəyə səhnə olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, çayda çoxu uşaq olmaqla 100-dən çox cəsəd tapılıb. Qanq çayından çıxarılan 102 nəfərin niyə öldüyünə dair hələ ki dəqiq məlumat verilmir. Ancaq çürümüş halda tapılan cəsədlərlə bağlı ilk ehtimal budur ki, cəsəd yandırmağın çox bahalı olmasına görə ölənlər çaya atılırlar. Ölü yandırmaq təxminən 40 dollara başa gəlir.
Bölgənin hakimi Saumya Agarval Pariyar kəndi yaxınlığında tapılan cəsədlərin çürüməsinə görə ekspertiza aparılmayacağını, ancaq DNT testinin ediləcəyini və xəstəliklərə səbəb olmasın deyə, cəsədlərin torpağa basdırılacağını açıqlayıb.
Hadisənin ən qəribə tərəfi isə 102 cəsədin yan-yana yerləşməsidir. Hindu inancına görə ölən subay qızlar çaya atılanda yenidən dünyaya gəlirlər.
Modern.az