Modern.az

Akademiya alimləri dünya elmində yenilik etdilər

Akademiya alimləri dünya elmində yenilik etdilər

14 Yanvar 2015, 21:25

Akademiyanın Zoologiya İnstitunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovun verdiyi məlumata görə hörümçəyin 3 yeni növü aşkarlanıb.

Modern.az xəbər verir ki, yeni hörümçəklər biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqovaya tərəfindən tapılıb. Hörümçəklər otbiçən növ – Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib. Hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.

Bundan başqa, Zoologiya İnstitutunun alimləri tərəfindən Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlanıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu