Modern.az

ABŞ-ın Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbinə gəldi

ABŞ-ın Hyuston Universitetinin rektoru Bakı Ali Neft Məktəbinə gəldi

Təhsil

15 Yanvar 2015, 10:17

Bakı Ali Neft  Məktəbinin rektoru  Elmar Qasımovun  dəvəti ilə Azərbaycanda  səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və  rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində bir sıra görüşlər keçirblər.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, görüşdə rektor  Elmar Qasımov Azərbaycanla ABŞ arasında  olan əlaqələrin tarixindən danışıb, 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə  olduğunu bildirib. O, Azərbaycan Prezidenti  İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində iki ölkə  arasında  çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini qeyd edib. Rektor həmçinin BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verib. O, BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndsiliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib.

Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırladın və bu dəvət üçün Bakı Ali  Neft  Məktəbinin rektoru E.Qasımova təşəkkür edib. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə, eyni zamanda,  BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalanıb.
Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş kecirib. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş  məlumat verilib, unuversitetin professor-müəllim heyəti dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxunun Nobel və Toni mükafatçıları olduqları qeyd olunub.  Renu Xatur rəhbərlik etdiyi Universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırıb.

Sonda Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatura  Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.

 Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olunub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu