Modern.az

Terror edilən jurnalın sayı 5 milyona qalxdı, 10 milyon avro qazandı

Terror edilən jurnalın sayı 5 milyona qalxdı, 10 milyon avro qazandı

15 Yanvar 2015, 10:23

Parisdə terror hücumuna məruz qaldıqdan sonra yanvarın 14-də növbəti sayı nəşr olunan “Charlie Hebdo” satririk jurnalı 10 milyon avro gəlir əldə edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu məbləğin içərisində yeni sayın satışından əldə olunan gəlirlə yanaşı, 12 nəfərin ölümünə səbəb olan terrordan sonra vətəndaşların jurnalın hesabına köçürdüyü pul da var.

Jurnalın yeni sayı əvvəlcə 1 milyon tiraj planlaşdırılsa da, sonradan sayı 3 milyona qədər artırılıb. Amma bu da son olmayıb və jurnalın son sayının tirajı 5 milyona çatdırılıb. Bu Fransa mediasının tarixində rekord göstəricidir. Terrordan sonrakı nömrənin çapı üçün 3 böyük nəşriyyatın xidmətindən istifadə olunub.

Qeyd edək ki, əvvəllər “Charlie Hebdo” həftəlik jurnalının satışı 28 min nüsxə olub və buna görə sözügedən nəşr hətta müflisləşmək həddinə də çatıbmış.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu