Modern.az

Vahid Əhmədov 2015-ci ildə seçiciləri ilə ilk görüşünü keçirdi - FOTOLAR

Vahid Əhmədov 2015-ci ildə seçiciləri ilə ilk görüşünü keçirdi - FOTOLAR

15 Yanvar 2015, 11:12

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid  Əhmədov deputat seçildiyi Quba   rayonunda seçiciləri ilə 2015-ci ildə ilk qəbulunu keçirib. Modern.az xəbər verir ki, rayonun   müxtəlif yaşayış məntəqələrindən qəbula gələn vətəndaşlar ənənəyə uyğun olaraq deputat   tərəfindən 2014-cü ildəki fəaliyyəti barəsində ətraflı məlumatlandırılıb, suallarına cavablar   verilib. Sonra seçicilərin istəkləri nəzərə alınaraq onlar deputat tərəfindən təkbətək qəbul   ediliblər. Ümumilikdə qəbula gələn Quba və qonşu Xaçmaz rayonunun 32 sakini deputat   tərəfindən qəbul edilib. Seçiciləri narahat edən əsas məsələlər rayonda mənzil tikintisi   aparılmadığından əhalinin mənzilə olan tələbatının ödənilməsində çoxalan problemlərin və   köhnə mənzillərin təmiri ilə bağlı əhaliyə ayrılan tikinti materiallarının çatışmazlığı ilə bağlı olub. Bu səbəbdən də hər qəbulda bununla bağlı məsələlər üstünlük təşkil edir. Seçicilər torpaqların əhaliyə verilməsi zamanı yaranan bəzi neqativ halları da qabardıblar. Vahid Əhmədov bu və digər məsələlərlə bağlı sualların bir çoxuna yerindəcə aydınlıq gətirib, müvafiq   qərarlar qəbul edilib.

Seçicilərlə görüşdən sonra rayon icra hakimiyyətinin rəsmiləri ilə görüşən millət vəkili əhalini   narahat edən problemləri onların diqqətinə çatdırıb, həlli üçün birgə tədbirlər müəyyənləşdirilib.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu