Modern.az

Azərbaycanlı müğənni “O səs Türkiyə” yarışmasında daha bir uğur qazandı - VİDEO

Azərbaycanlı müğənni “O səs Türkiyə” yarışmasında daha bir uğur qazandı - VİDEO

Təhsil

15 Yanvar 2015, 11:26


Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Aygün İsmayılova uğurlu çıxışını davam etdirib.
Modern.az saytı xəbər verir ki, müsabiqənin "Birə bir" adlanan növbəti turunda Aygün İsmayılova Büşra adlı rəqibiylə yarışıb.

Aygün "Skunk Anansie"nin repertuarından "Charlie Big Potato" rok mahnısını solo ifa edib və münsiflərin rəğbətini bir daha qazanıb.

Sonda Mazhar və Özkan münsiflər cütlüyünün qərarıyla Türkiyədə yaşayan həmyerlimiz növbəti mərhələyə keçib.

TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyəti məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuzdan ibarətdir.

Aygün İsmayılova Türkiyə vətəndaşı Haluk Mıyakla evlidir və qardaş ölkədə yaşayır.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu