Modern.az

“Elşad Abdullayevlə bağlı istintaq davam edir” - AÇIQLAMA

“Elşad Abdullayevlə bağlı istintaq davam edir” - AÇIQLAMA

15 Yanvar 2015, 12:18


“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

Modern.az xəbər veri ki, bunu 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev KİV nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O, qeyd edib ki, Elşad Abdullayevin hazırda axtarışdadır: “Vaxtı ilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. Hazırda istintaq davam etdirilir”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu