Modern.az

Əhməd Davudoğlu dünya KİV-nə irad tutdu

Əhməd Davudoğlu dünya KİV-nə irad tutdu

Təhsil

15 Yanvar 2015, 12:54

Türkiyənin baş naziri  Əhməd Davudoğlu  “Charlie Hebdo “ jurnalındakı karikaturaların Türkiyə mediasında yayımlanmasının qəbul olunmaz olduğunu deyib.

Modern.az xarici mətbuata istinadən xəbər  verir ki, Davudoğlu mətbuat azadlığının təhqir etmək  anlayışına gəlmədiyini bildirib.  

Ə. Davudoğlu qeyd edib ki,  media azadlğı  müsəlmanların  şəxsiyyəti, hörmət etdiyi  və  bütün müsəlmanlar üçün böyük önəmi olan  Peyğəmbərə qarşıdırsa, bunu  qətiyyən mətbuat azadlığı kimi qəbul etmək olmaz.   Nazir müsəlmanların  bu məsələdə həssas olduqlarını diqqətə  çatırıb.  

“ Biz heç baxt peyğəmbərin təhqirinə  icazə vermərik. Əgər  ortada  təqib və təhqir varsa, bununla  bağlı təhlükəsizlik tədbirləri görülməlidir .Mətbuat azadlığı ilə şəxsiyyəti alçatmağı  eyni tutmaq olmaz”.  

Qeyd eək ki,  “Washington Post”, Almaniyanın “Frankfurter Allgemeine” , İtaliyanın “Corriere della Sera” qəzetləri Məhəmməd peyğəmbərin karikaturasını dərc ediblər. 

Məltəm TALIBZADƏ  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu