Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 17-si və 18-də əsasən dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bakıda əsasən yanvarın 17-də havanın yağıntılı olacağı gözlənilir.
Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.
Modern.az