Modern.az

Ərdoğan İlham Əliyevi təntənəli şəkildə qarşıladı - FOTOLAR

Ərdoğan İlham Əliyevi təntənəli şəkildə qarşıladı - FOTOLAR

15 Yanvar 2015, 13:33

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə səfərdədir. Modern.az saytının məlumatına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi böyük təntənə ilə qarşılayıb.

Prezident sarayında baş tutan görüşdən öncə İlham Əliyevin xidməti maşını, protokola uyğun olan küçədən atlıların müşayiəti ilə keçib.  

Türkiyə və Azərbaycan prezidentləri yerlərini almazdan qabaq 21 top atəşi açılaraq hər iki dövlətin himnləri səslənib. Azərbaycan prezidenti “Merhaba asker” deyərək əsgərləri salamlayıb. Daha sonra hər iki rəhbər əl sıxışıb, media nümayəndələri də onların fotosunu çəkib.

Görüşdə  tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərdə qarşılanma mərasimində olub.

Daha sonra prezidentlərin təkbətək görüşü başlayıb.

 


Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu