Modern.az

Azərbaycana qarşı TƏXRİBAT: Qarabağ separatçıları beynəlxalq yarışda iştirak etdi

Azərbaycana qarşı TƏXRİBAT: Qarabağ separatçıları beynəlxalq yarışda iştirak etdi

15 Yanvar 2015, 14:39

 

2015-ci il yanvarın 12-dən Soçidə başlayan KVN (Şən və Hazırcavablar Klubu) komandalarının “KİVİN 2015” beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin “komanda”sı da qatılıb.  

Modern.az saytının məlumatına görə, qondarma Dağlıq Qarabağ Respublikasının “komanda”sı yanvarın ayının 13-də çıxış edib. Beynəlxalq yarışda  Rusiyadan, Belarusdan, Böyük Britaniyadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Latviyadan, Moldovadan, Tacikistandan və Ukraynadan 540-dan çox komanda iştirak edir.  

Festival yanvar ayının 25-də yekunlaşacaq.

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu