Modern.az

Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı

Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı

Təhsil

15 Yanvar 2015, 14:40

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun vəsatətinə baxılıb. Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Moderin.az saytına deyib ki, hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən prosesdə Rəsul Cəfərov da iştirak edib: “Bugünkü prosesdə altı vəsatət verdik. Cinayət işinin icraatına xitam verilməsi, zərəçəkmiş şəxslərin statusuna xitam verilməsi, Rəsul Cəfərov barəsində seçilmiş həbs qətiimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi, Rəsul Cəfərovun məhkəmə salonunda dəmir barmaqlıqların arasından çıxarılıb vəkillərin yanında oturması və məhkəmədə audio-video çəkilişlərin aparılması ilə bağlı verdiyimiz vəsatətlər təmin olunmadı. İş üzrə altı zərəçəkmiş şəxsdən ikisi məhkəmədə iştirak edirdi. Onlar da məhkmədən təqdim etdiyimiz vəsatətlərin təmin olunmasını istəyirdi”.

Fariz Namazlının sözlərinə görə, prosesdə bir vəsatət baxılması üçün təxirə salınıb: “Rəsul Cəfərovun işində olan yoxlama aktını təsis etmiş dövlət qurumunun əməkdaşlarının məhkəməyə çağırılması ilə bağlı vəsatət verdik. Digər sübutlar araşdırıldıqdan sonra məhkəmə bu məsələyə baxacaq. Məhkəməyə Rəsul Cəfərovun həyata keçirdiyi layihələrlə bağlı bir sıra maliyyə sənədləri təqdim etdik. Bu sənədlər  iş materiallarına əlavə olundu”.

Vəkil prosesdə müvəkkilinin vəsatətlərə münasibət bildirdiyini də əlavə edib: “Rəsul Cəfərov həbsinin  heç bir əsası olmadığın, istintaqa könüllü şəkildə getdiyini, lazımi sənədlər istintaqa təqdim etdiyini, qaçıb gizlənmək marağının olmadığın, işin adekvat aparılmasının tərəfdarı olduğunu dedi. Növbəti məhkəmə yanvarın 27-nə təyin olundu”.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Onun işinə mənimsəmə və israf etmə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Yeganə Oqtayqızı

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu