Modern.az

“Azərbaycanda gənclər politoloq kimi formalaşa bilmirlər” - BDU-nun dekanı

“Azərbaycanda gənclər politoloq kimi formalaşa bilmirlər” - BDU-nun dekanı

15 Yanvar 2015, 15:13



Politologiya ixtisası üzrə təhsil alan gənclərin sayı kifayət qədər olsa da, bu ixtisası bitirinlərin sonradan politoloq kimi fəaliyyət göstərmələri çox nadir hallarda müşahidə olunur.

Halbuki, hər il təkcə Bakı Dövlət Universitetinin bu ixtisasını 40-a yaxın gənc bitirir. Bundan əlavə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da politologiya ixtisası tədris olunur.

Bu gün Azərbaycanda fəaliyyət göstərən politoloqlar barmaqla sayılası qədərdir.  Politoloqlar arasında siyasi prosesləri analiz edə biləcək gənclərə rast gəlmək isə demək olar mümkün deyil.   Bunun səbəbi nədir? Niyə bu ixtisas üzrə təhsil alan gənclər sonradan bu sahəyə üz tutmur?

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyev Modern.az-a açıqlamasında deyib ki, mükəmməl təhsil versələr də, bu sahəyə marağın az olmasının səbəbini söyləməkdə çətinlik çəkir: “Politologiya ixtisası üzrə təhsilini başa vuran  məzunlarımız arasında politoloq kimi çalışanlar var. Bu ixtisas üzrə təyinat yoxdur. Amma sərbəst şəkildə iş tapanlar var. Biz bu ixtisas üzrə mükəmməl tələbə yetişdiririk. Lakin təhsili başa vuran gənclər başqa sahələrə üz tuturlar. Baş nazirin müavini Əli Əhmədov universitetin politologiya və sosiologiya kafedranın müdiridir. Tələbələrə politologiyadan dərs keçir. Ümumiyyətlə, universitetdə tələbələrə çox savadlı müəllimlər dərs keçirlər. Amma məzunların politoloq kimi formalaşa bilməmələrinin dəqiq səbəbini deməkdə çətinlik çəkirəm. Daha çox başqa sahələrə, xarici şirkətlərə üz tuturlar”.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından isə politologiya ixtisası üzrə təhsil alan gənclərin sonrakı aqibətindən xəbərsiz olduqlarını bildirdilər. “Bu ixtisas üzrə təhsilini başa vuran gənclər haqqında məlumatımız yoxdur”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?