Yanvar ayının sonunda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayacaq. Sessiyada Azərbaycanla bağlı hansı məsələlər müzakirə olunacaq? Siyasi məhbuslarla bağlı məsələyə toxunulacaqmı?
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsi mümkündür: “Adətən, məsələlər büroda baxılandan sonra komitələrin və plenar iclasın gündəliyinə salınır. Ancaq gündəlikdə olmasa belə, Azərbaycanla bağlı məsələlər qaldırılır və hansısa formada müzakirə olunur. Hər halda,Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməməsinə görə debatların olacağı istisna deyil”.
Namidə BİNGÖL