Modern.az

Avropanın müsəlman məşhurları - SİYAHI+FOTOLAR

Avropanın müsəlman məşhurları - SİYAHI+FOTOLAR

15 Yanvar 2015, 16:11

II hissə


Fransada “Charlie Hebdo” jurnalına radikal müsəlmanlar tərəfindən edilən silahlı hücum “köhnə qitə”də anti-müsəlman əhval-ruhiyyəsinin artmasına səbəb oldu. Amma ümumilikdə, 742 milyon insanın yaşadığı Avropa müxtəlif illərdə ona pənah gətirən müsəlman mühacirlərə tolerant münasibət bəsləyir. 19 milyon müsəlmanın vətəni olan qitədə onların Qərb cəmiyyətinə adaptasiyası və tamhüquqlu üzvü olması üçün böyük işlər görülür. Təsadüfi deyil ki, son illərdə bu siyasətin təsiri ilə bir çox Avropa müsəlmanları yaşadıqları ölkələrdə uğurlu biznes, yaxud siyasi karyera qurur və nüfuzlu şəxslərə çevrilirlər. 

Modern.az saytı Avropada müxtəlif sahələrdə uğur qazanmış müsəlman məşhurların II siyahısını təqdim edir.


Samir Nəsri
- Fransa milli komanasının və “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisidir. 1987-ci il iyunun 26-da Marsel şəhərində əlcəzairli mühacirlərin ailəsində anadan olub. “Olimpik Marsel”, “Arsenal” və “Mançester Siti” klublarında çıxış edib. Hazırda heyətində oynadığı “Mançester Siti” klubu ilə 2 dəfə İngiltərə çempionu və İngiltərə superkubokunu qalibi adlarını qazanıb. 27 yaşlı futbolçu 2014-cü ilin avqustuna qədər Fransa millisinin heyətində 42 rəsmi görüşdə forma geyib.


Əhməd Əbutalib
– Mərakeş əsilli hollandiyalı siyasətçi, Rotterdam şəhərinin meridir. Əbutalib 1961-ci il avqustun 29-da Mərakeşin Beni Sidel şəhərində anadan olub. 16 yaşı olarkən valideynləri ilə birlikdə Hollandiyaya köçən Əbutalib 2003-cü ildə Amsterdam şəhər merinin köməkçisi təyin olunub. 2009-cu ilin yanvarında  Hollandiyanın ikinci ən böyük şəhəri olan Rotterdamın meri seçilib. Əhməd Əbutalib həm Hollandiya, həm də Mərakeş vətəndaşıdır.


Saidə Hüseyn Varsi
– Britaniya xarici işlər nazirinin keçmiş müavini, Nazirlər Kabinetinin ilk müsəlman etiqadlı üzvüdür. 1971-ci il martın 28-də İngiltərənin Yorkşir qraflığının Devsberri şəhərində anadan olub. Mühafizəkarlar Partiyasının üzvü kimi 2012-ci il sentyabrın 4-dən 2014-cü il avqustun 5-nə qədər Britaniyanın dini etiqad və icmalar naziri çalışıb. Eyni zamanda Britaniyanın xarici işlər nazirini müavini təyin olunub. 2014-cü ilin avqusutunda Qəzza sektorunun İsrail tərəfindən bombalanması və rəsmi Londonun buna mülayim reaksiya verməsinə etiraz olaraq müavinlikdən imtina edbi. Səidə Varsi İngiltərə Lordlar Palatasının da daimi üzvüdür.


Nikolya Anelka
– Fransa millisinin keçmiş və Hindistanın “Mumbay Siti” klubunun hazırki hücumçusudur. 1979-cu il martın 14-də Frsanın Versal şəhərində anadan olub. Onun valideynləri Afrikada Fransa koloniyası olan Martinika adasından gələn qaradərili müsəlmanlar idi. Karyerası boyunca “Paris Sen Jermen”, “Arsenal”, “Real” Madrid, “Fənərbağça”, “Çelsi”, “Yuventus” və digər klublarda çıxış edib. Fransa millisinin heyətində 69 oyunda meydana çıxıb  və 14 dəfə fərqlənib. Millinin heyətində 2000-ci il Avropa çempionatının qalibi olub.


Əminə Bozqurt
– Hollandiya İşçi Partiyasının və Avropa Parlamentinin türk mənşəli deputatıdır. 1967-ci il avqusutn 9-da Şimali Hollandiyadakı Zaandem şəhərində anadan olub. Bozkurtun atası milliyətcə türk, anası isə holland mənşəlidir. Türk deputat Avropa Parlamentinin irqçiliyə qarşı və mühacirlərin inteqrasiyasına dəstək komissiyasının rəhbəridir.


Emin Kır
– Belçikanın paytaxtı Brüssel şəhərinin bələdiyyə sədrlərindən biridir. 1968-ci il oktyabrın 17-də Belçikanın Şarleroa şəhərində türk mühacirlərin ailəsində anadan olub. Belçika Sosialist Partiyasının üzvü kimi Valloniya bölgəsinin məclis üzvü və nazir postlarından birini icra edib. 2012-ci il bələdiyyə seçkilərində qalib gələrək Brüsselin Sem-Joss-ten-Node bələdiyyəsinin sədri seçilib.


Sami Hedira
– Almaniya yığma komandasının və İspaniyanın “Real” Madrid klubunun Tunis mənşəli yarımmüdafiəçisidir. Futbolçu 1987-ci il aprelin 4-də Ştutqart şəhərində anadan olub. Onun atası tunisli, anası almandır. Hedira “Real” Madrid klubunun heyətində İspaniya çempionatının, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub. Karyerasındakı ən böyük uğur isə 2014-cü il Dünya çempionatında Almaniya yığma komandası ilə kubokun qalibi olmasıdır.

Vüqar İsmayılov    

***

Avropanın müsəlman məşhurları - 1-ci SİYAHI+FOTOLAR
//modern.az/articles/70543/1/

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu