Modern.az

Papadan çaşdıran bəyanat: “Heç kimin inanclarını təhqir etmək olmaz”

Papadan çaşdıran bəyanat: “Heç kimin inanclarını təhqir etmək olmaz”

15 Yanvar 2015, 18:11

Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasındakı qırğınının ardından Roma Papası Frensisk də açıqlama verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinə səfərə gedən Roma Papası təyyarədə jurnalistlərə deyib:
“Düşüncəni ifadə etmənin bəzi sərhədləri var. Xüsusilə bir insanın inancının təhqir edilməsi, ya da lağ edilməsi yolverilməzdir”. Onun fikrincə, ifadə azadlığı təməl bir insan haqqıdır, ancaq hər kəsin düşüncəsini ifadə edərkən ictimai mənfəəti güdməsi də lazımdır. Papa ziyarətlərində ona yoldaşlıq edən Alberto Gasparrini göstərək deyib: “Əgər ən hörmətli dostum Gasparri anama söysə, bir yumruq yeməyi gözləyə bilər. Bu, çox normaldır. Kimsəni təxribata edə bilməzsiniz. Kimsənin inanclarını təhqir edə bilməzsiniz. Kimsənin inanclarını lağlağa mövzusu edə bilməzsiniz”. 

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu