Modern.az

Ermənistanda vəziyyət qarışdı - FOTOLAR

Ermənistanda vəziyyət qarışdı - FOTOLAR

Təhsil

15 Yanvar 2015, 21:31

 

Ermənistanın Gümrüdəki 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakovun bir ailənin 6 üzvünü gülləməsi bu ölkədə əməlli-başlı qalmaqal səbəb olub.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisəyə etiraz əlaməti olaraq Gümrü şəhərində aksiya keçirilir. Etirazçılar Gümrüdəki Rusiya konsulluğunu mühasirəyə alıblar. Nümayişçilər polisə müqavimət göstərdiyi, daş atdığı bildirilir.  

Mitinq iştirakçıları tələb edir ki, qati Rusiyada yox, Ermənistanda mühakimə ediləlidir. Etirazçılar Ermənistan rəhbərliyi və bu ölkənin baş prokuroru Gevork Kostanyandan siyasi iradə nümayiş etdirməyi tələ edirlər. Bu arada Ermənistanın baş prokurorunun Gümrüdəki prokurorluq binasında olduğu məlum olub.    Aksiya iştirakçıları tələb edib ki, baş prokurorun ruslarla danışmağa və onları nəyisə anlatmağa cəsarəti çatmırsa, o zaman istefa verməlidir.  

Polislərin isə aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etdiyi bildirilib. Amma bu vasitələrin konkret nə olduğu hələlik məlum deyil.

    

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu