Modern.az

Gümrüdəki aksiyada 12 nəfər yaralandı

Gümrüdəki aksiyada 12 nəfər yaralandı

Təhsil

15 Yanvar 2015, 23:08


Gümrüdə 102 saylı hərbi hissənin əsgəri Valeri Permyakovun erməni ailəsini güllələməsinə etiraz əlaməti olaraq keçirilən aksiyada polislə nümayişçilər arasında toqquşma olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 12 nəfər yaralanıb.   Bu barədə məlumatı Gümrü şəhərinin tibb mərkəzinin direktoru Armen İsaakyan verib.

Qeyd edək ki, 102 saylı hərbi hissənin əsgəri Valeri Permyakov bir neçə gün öncə Gümrüdə yaşayan Avetisyan ailəsinin 6 üzvünü avtomatdan açdığı atəşlə qətlə yetirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu