Modern.az

Heydər Əliyev Fondu Pakistanda “20 Yanvar Şəhidləri Bulağı” açdı

Heydər Əliyev Fondu Pakistanda “20 Yanvar Şəhidləri Bulağı” açdı

16 Yanvar 2015, 09:43


Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”nın açılış  keçirilib.

Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak edibrlər.

Azərbaycanın Pakistandakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, İbn-e-Xaldun Akademiyasının rektoru Qazi Məhəmməd İmran 25 il öncə Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş hadisələr haqqında danışıb: “1990-ci ilini yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı xüsusi qəddarlıq göstərib, günahsız qanlar töküb. Amma 20 Yanvar gecəsi Azərbaycanın müstəqilliyinə gedən yol oldu”.

Bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, Təhsil Nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri  20 Yanvar gecəsinin məqamlarından danışıb, sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildirib.

Azərbaycan-Pakistan Media Forumunun baş katibi Raja Javid Batti iki qardaş ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri haqqında danışıb: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pəncab əyalətinin Qucarxan bölgəsinin Sahal Xinger rayonunda inşa edilib. Layihə çərçivəsində içməli su qıtlığından əziyyət çəkən bu regionda alternativ enerjisi ilə çalışan iki artezian quyusu qazılıb. Bu, elektrik enerjisinin böyük kəsintilərlə verilən bir yerdə suyun fasiləsiz verilməsini təmin etməklə yanaşı ətraf mühitin qorunmasına da müsbət təsir edəcək. Bu günün bölgə sakinləri üçün mühüm hadisədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva,  Azərbaycan xalqına və dövlətinə dərin minnətdarliğımızı bildiririk”.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov XX-ci əsrin sonlarında SSRİ-də cərəyan edən hadisələrdən danışıb, yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycana qarşı torpaq iddialarının irəli sürdüyünü bildirib.

Tədbirin sonunda akademiyada təhsil alan şagirdlər tərəfindən Qara Yanvar dəhşətlərini əks səhnəciklər nümayiş etdirilib, şəhidlərinin ruhuna dualar edilib, tədbir iştirakçılarına ehsanlar paylanılıb.

 Görüş zamanı ağsaqqallar kənd sakinlərinə göstərdikləri qayğıya görə Azərbaycan xalqına, rəhbərliyinə və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu