Modern.az

Cəbhə bölgəsində 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

Cəbhə bölgəsində 20 yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

16 Yanvar 2015, 10:40


20 Yanvar faciəsinin 25-cü ildönümü münasibətilə Füzuli rayonunda silsilə  anım tədbirləri keçirilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, ərazilərdə abadlıq və təmizlik işləri aparılır. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunur, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilir.

 Yanvarın 20-də isə rayon ərazisindəki Şəhidlər Xiyabanında faciənin 25-ci  ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçiriləcək.

Tədbirdə  20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad ediləcək, ruhlarına dualar oxunacaq.

Həmin gün saat 12:00-də rayonun bütün yaşayış məntəqələrində 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad ediləcək, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları veriləcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu