Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsi təxiə salınıb. Modern.az saytına açıqlamasında vəkil Cavad Cavadlı bildirib ki, təxirə salınmanın səbəb zərərçəkmişlərin məhkəməyə gəlməməsi olub:
“İntiqam Əliyev məhkəməyə gətirilmişdi. Səhhətində olan problemləri ətarfında yığılan yaxınlarını görüb büruzə vermirdi. Növbəti proses yanvarın 23-də davam edəcək”.
İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.
Yeganə Oqtayqızı