Almaniya Federativ Respublikasının polisi Suriyada terror hücumları həyata keçirmək niyyətində olan və islamçı qruplaşmanın lideri olduğu ehtimal edilən şəxsi saxlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbs olunan 41 yaşlı Türkiyə vətəndaşıdır. Xüsusi xidmət orqanları belə ehtimal edir ki, o, Türkiyə, Rusiya, Çeçenistan və Dağıstan vətəndaşlarından ibarət islamçı ekstremist qruplaşmaya rəhbərlik edib. Qruplaşmanın Almaniya ərazisində hər hansı hücum hazırlaması ilə bağlı hələ ki məlumat yoxdur.
Modern.az