Pakistanın Kəraçi şəhərindəki Fransa konsulluğu qarşısında polislə “Charlie Hebdo” satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturasının çapına etiraz edənlər arasında toqquşma baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları polislərə daş atandan sonra qayda-qanun keşikçiləri gözyaşardıcı qazdan və sudan istifadə ediblər. Hadisə zamanı ən azı bir nəfərin yaralandığı bildirilir.
Modern.az