Modern.az

Arif Babayev muğam müsabiqəsi haqqında DANIŞDI: “Onlar özlərini göstərməlidirlər”

Arif  Babayev muğam müsabiqəsi haqqında DANIŞDI: “Onlar özlərini göstərməlidirlər”

Təhsil

16 Yanvar 2015, 17:58


Bu gündən V Televiziya Milli Muğam Müsabiqəsinin seçim turları start götürüb. Üç gen davam edəcək seçim turlarından sonra müsabiqənin əsas mərhələsinə  20 gənc xanəndə buraxılacaq.

2009-cu ildən start götürən müsabiqənin münsiflər heyətinin üzvü xalq artisti Arif Babayev Modern.az-a  müsabiqə haqqında çox nikbin danışıb. Qocaman sənətkarın  dediyinə bu dəfəki müsabiqədə də  tamam fərqli və istedadlı gənclər olacaq:    

“Ayın 16-sı, 17 və 18 –i seçim turları olacaq. Bu dəfə də istedadlı gənclər var. Biz amma onlardan 20 –ni seçəcəyik. Görək də, hələ ki gözləyirik. İnşallah yaxşı olmalıdı. Amma ıəsas məsələ onların özlərindən asılıdır. Onlar özlərini bacardığı qədər səhnədə göstərməlidirlər. “    

 

Qeyd edək ki, Televiziya Muğam Müsabiqəsinin təşkilatçısı Heydər Əliyev Fondudur.

Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu