Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala döyüşlərinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə dəvətini rədd edib.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Serj Sərkisyan Çanaqqalaya getməyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyinin qeyd ediləcəyini bildirib. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi də həmin tədbirə dəvət edib.
Ermənistan isə məhz həmin tarixdə - aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.
Modern.az