Modern.az

Bakı-Quba yolunda ağır qəza: polis rəisinin qardaşı öldü

Bakı-Quba yolunda ağır qəza: polis rəisinin qardaşı öldü

17 Yanvar 2015, 13:11



Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobillə yük maşını toqquşub.

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlu, dünyasını dəyişən şəxs isə Rəhmanov Muradəli Seyfəddin oğludur.

Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu