Ermənistan ordusunun hərbçisi ölüb. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib.
Onun sözlərinə görə, müddətdən artlıq xidmət edən hərbçi Arman Alikoviç Arutyunyan Tavuş vilayətində güllə yarası alıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Bir ay ərzində 15 əsgər itirən (Ermənistan rəsmi məlumatlarda verdiyi itkini gizlədir-red) Ermənistan Qarabağda əskərinin olduğunu inkar etsə də, fakt faktlığında qalır.