Modern.az

Atəşkəsi bu dəfə 47 dəfə pozdular

Atəşkəsi bu dəfə 47 dəfə pozdular

Təhsil

18 Yanvar 2015, 12:15

Müdafiə Nazirliyinin məlumatına görə, ötın gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Kəngərli, Cəvahirli, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu