Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün səhər 20 Yanvar hadisələrində həlak olmuş soydaşlarımızın xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.
Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Azərbaycanın Dövlət himni səslənib.
Dövlət başçısı ilə bərabər Şəhidlər xiyabanını hökumət rəsmiləri, dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də ziyarət ediblər.
Modern.az