Modern.az

Nazirdən yeni təhlükə barədə XƏBƏRDARLIQ

Nazirdən yeni təhlükə barədə XƏBƏRDARLIQ

20 Yanvar 2015, 11:16


“Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır”. 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin səviyyəsinin enməsi  ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, enmənin səbəbi küləklərin istiqamətinin tsikllərlə dəyişməsi və  çaylarda suyun səviyyəsinin stabil olmamasıdır.  

Nazir xatırladıb ki, ötən əsrin 80-ci illərində də Xəzər dənizinin səviyyəsi qalxıb və bəzi yerlər suyun altında qalıb.

Hüseyn Bağırov söyləyib ki, dənizin səviyyəsinin qalxması daha təhlükəlidir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu