Modern.az

Dilqəm Əsgərovla Həsən Həsənovun yeni ŞƏKLİ

Dilqəm Əsgərovla Həsən Həsənovun yeni ŞƏKLİ

Təhsil

20 Yanvar 2015, 18:08

Ermənistan silahlı qüvvələrinin hazırda Şuşa türməsində girov saxladığı kəlbəcərli Dilqəm Əsgərovla onun yol yoldaşı olmuş mərhum Həsən Həsənovun yeni şəkli yayılıb.
Modern.az-ın məlumatına görə, şəkli Həsənin qardaşı Nail Həsənov təqdim edib. Onun sözlərinə görə, bu foto Dilqəmlə Həsən Kəlbəcərə getməzdən xeyli öncə çəkilib.

Əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də Cəbrayıl sakini Həsən Həsənov 2014-cü il iyun ayının 29-da Kəlbəcər rayonuna gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Həmin vaxt ermənilər Həsən Həsənovu qətlə yetiriblər, digər iki soydaşımıza isə girov olaraq sonradan Xankəndində qondarma məhkəmə qurulub. Dilqəmə ömürlük, Şahbaza isə 22 illik cəza kəsən ermənilər onları Şuşa türməsində saxlayır.




Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu