Modern.az

Azərbaycanın tanınmış kinorejissoru vəfat edib

Azərbaycanın tanınmış kinorejissoru vəfat edib

Təhsil

20 Yanvar 2015, 22:00


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev bu gün 70 yaşında vəfat edib.

Bu barədə "Trend"ə Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Qeyd edək ki, H.Fətullayev 24 fevral, 1944-cü ildə Bakıda anadan olub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib.
1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi.

H.Fətullayev "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu