Modern.az

Milli Məclis Hesablayıcı komissiyanı yenidən təşkil edəcək - Bu ilin ilk iclasının gündəliyi AÇIQLANDI

Milli Məclis Hesablayıcı komissiyanı yenidən təşkil edəcək - Bu ilin ilk iclasının gündəliyi AÇIQLANDI

21 Yanvar 2015, 16:15


Fevralın 2-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. İclasın gündəliyinə 11 məsələ daxildir”. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Gündəliyə salınacaq məsələlər bunlardır:

Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkili haqqında, Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işlər planı haqqında qərar, Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi, iki ölkə hökuməti arasında hava əlaqəsi haqqında sazişin təsdiq edilməsi barədə sənəd, “Yanğın təhlükəsizliyi haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, eləcə də “Reklam haqqında” yeni qanun layihəsinin müzakirəsi.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum