Modern.az

Rusiyaya narkotik daşıyan azərbaycanlı və türkə hökm oxundu

Rusiyaya narkotik daşıyan azərbaycanlı və türkə hökm oxundu

Təhsil

21 Yanvar 2015, 16:19

Rusiyanın Kemerovo vilayətində yerli hüquq-mühafizə orqanlarının əməkdaşları 240 kiloqram narkotik vasitə məhv ediblər.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin narkotik vasitələrin böyük hissəsi Azərbaycan və Türkiyə vətəndaşlarının başçılıq etdiyi dəstədən müsadirə olunan narkotika olub. Bir neçə il əvvəl zərərsizləşdirilən dəstəyə Türkiyə vətəndaşı Ali Barın və Azərbaycan vətəndaşı Elman Talıbov başçılıq edib. Onlar içərisində list şüşə olan qutuların içinə narkotik vasitə gizlədərək narkotiki dəmir yolu ilə Həştərxandan Kemerovo vilayətinə daşıyıblar. İrimiqyaslı əməliyyat zamanı 527 min birdəfəlik dozadan ibarət narkotik vasitə müsadirə olunub.
Kemerovo vilayəti Novokuznetsk şəhər Kuybışev rayon məhkəməsinin qərarı ilə əfqan həşişini qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirən Alı Barın və Elman Talıbov hərəsi 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli cəzaçəmkə müəssisəsində çəkəcəklər.

Vüqar İsmayılov  

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu