Modern.az

İsa Həbibbəyliyə akademiyada yeni səlahiyyət verildi

İsa Həbibbəyliyə akademiyada yeni səlahiyyət verildi

Təhsil

21 Yanvar 2015, 16:49

Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il dekabrın 11-dəki qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnaməsi təsdiq edilib.

Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini təmin edən, onun qarşısında yeni vəzifələr qoyan və bu vəzifələrin icrası məqsədi ilə geniş fəaliyyət istiqamətlərini müəyyənləşdirən, beynəlxalq əlaqələrin genişləndirilməsinə meydan açan, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını mümkün edən və s. bu kimi məsələlərin həlli ilə bağlı əsaslı müddəalar əksini tapıb.

Modern.az xəbər verir ki, yeni nizamnamədən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib.

Nizamnaməyə uyğun olaraq AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin Aparatı adlandırılıb.

Bundan başqa, AMEA Rəyasət Heyəti Aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin nizamnamə və əsasnamələrinin dəyişdirilməsi qərara alınıb.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu