Modern.az

“Şəhidləri anma mərasiminə Müsavat nümayəndələri ilə birgə getmişəm”

“Şəhidləri anma mərasiminə Müsavat nümayəndələri ilə birgə getmişəm”

21 Yanvar 2015, 17:06



“Dünən 20 Yanvar şəhidlərinin anma mərasiminə Müsavat Partiyasının nümayəndələri ilə bir yerdə qatılmışıq. Mən də Müsavatın üzvüyəm. Ümumxalq  məsələlərində  ayrı-seçkilik yaratmağın tərəfdarı deyiləm. Bu, vətəndaşlıq borcumuzdur”.

Bu barədə Modern.az saytına Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu məlumat verib.

Müsavat Partiyasının ötən il sentyabrın 27-də keçirilən qurultayında başqanlıq seçkisinin nəticəsindən narazı qalan qüvvələr Qubad İbadoğlunun təşkilatçılığı ilə Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı yaradıblar.

O, hərəkatın Təşkilat Komitəsinin sədridir. Qubad İbadoğlu və digər narazılar hərəkat adından müxtəlif bölgələrdə müsavatçılarla görüşüb qurultayın yenidən keçirilməsi ilə bağlı müzakirələr aparırlar.

Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu