Modern.az

Rusiyanın XİN rəhbəri Ermənistanda girov götürülən azərbaycanlılardan danışdı

Rusiyanın XİN rəhbəri Ermənistanda girov götürülən azərbaycanlılardan danışdı

21 Yanvar 2015, 20:50

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında ermənistanda girov götürülən azərbaycanlılardan danışıb.

Modern.az-ın məlumatına görə,  konfransda çıxış edən Lavrov Rusiyanın  həmişə öz vətəndaşları ilə maraqlandığını bildirib. “Rusiya hər zaman  öz vətəndaşları ilə maraqlanır. Dilqəm Əsgərovu erməni tərəfi saxlayıb və bu Ermənistanla müzakirə ediləcək. Bu məsələ ilə bağlı danışıqlar hər zaman Rusiyanın diqqət mərkəzindədir” deyə Lavrov əlavə edib.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu