Dünən saytlarda Milli Məclisin deputatı Fuad Muradovun 20 yanvar Ümumxalq Hüzn Günü “Park Sinema”da komediya filminin nümayişinə etirazını yəqin ki, oxumusunuz.
Bununla bağlı bu gün “Park Sinema”nın rəhbərliyi yayılan xəbəri təkzib edərək guya belə bir komediya filminin nümayiş edilmədiyini açıqlayıb. Təəssüf ki, faktlar bunun əksini göstərir. “Park Sinema”nın rəhbərliyi iddia edir ki, heç bir komediya filmi nümayiş olunmayıb. Əziz dostlar, təfərrüata varmadan 20 yanvar günü “Park Sinema”da “Vot tak podrujka” komediya filminə baxış üçün üçün satılan bileti sizə təqdim edirik.Xaqani Səfəroğlu